Diqqət: Gələn həftədən...


"Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq".
 
APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.
 
Onun sözlərinə görə, bu isə insanların vaksinasiyadan keçməsindən asılıdır: "İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq".
Tarix: 3-04-2021, 20:36
Xəbəri paylaş



Xəbər lenti