Müğənni Murad Arif karantin rejiminin uzadılmasına sərt etiraz edib. Pravda.az-ın xəbərinə görə, M.Arif deyib: "Belarus, İsveç kimi sərt qapanmalara getməyən dövlətlərdə nəticənin digər ölkələrdəki kimi olmasına Ümumdünya Səhiyyə Təşkilatı nə izahat verir? Planet ÜST-ün çaldığı hava ilə nə qədər oynayacaq? Qapanmalar nə vaxta qədər çarədir? Ümumiyyətlə, işləməyən sektorlar nə vaxta qədər donmuş qalmalıdır? Pozulmuş psixologiya, borclar, kreditlər, cinayətlərə çarə fikirləşən olacaq? Restoranları açıb, onsuz da havalandırmanın bərbad olduğu, qucaqlaşmasan da, yoluxacağın o məkanlarda ad günü, nişan olmaz demək çarə idi? İdman zallarının bağlanması çarədir? “Türkiyədə “Mall”ar olar, Rusiyada məclislər olar, bizdə olmaz” çarədir? Məncə, tədbirlər adekvat deyil. Açın dünyanı. Artıq hər ailə yoluxdu, hər kəs elementar qaydalarla tanışdır, ilk simptomları bilirik, ilk tədbirləri - dərman qiymətlərini, testləri əlçatan edin. Məkanlarda spirtlər qoyun, maskalar tələb edin... Amma həyatı saxlamayın. Qapanma çarə deyil!”
Tarix: 21-03-2021, 16:46