Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ


Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb -       RƏSMİ
SARS-CoV-2 genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 aşkar edilib
 
Azərbaycanda koronavirusun yeni ştammı olan "Britaniya ştammı" aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
 
Qeyd edilib ki, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq SARS-CoV-2 genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
 
“Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib”, - deyə məlumatda vurğulanıb. 
 
Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir.
Tarix: 18-03-2021, 13:57
Xəbəri paylaş



Xəbər lenti