Avropanı üçüncü dalğa bürüyüb: Payızda gözlənilirdi, daha tez gəldi


Avropanı üçüncü dalğa bürüyüb: Payızda gözlənilirdi, daha tez gəldi

Avropanı koronavirusun üçüncü dalğası bürüyüb.
Cebhe.info xəbər verir ki, bu barədə "The Guardian" son günlər koronavirus statistikasına əsasən yazıb.
Bildirilib ki, yüksək yoluxuculuq koronavirusun yeni mutasiyaları və peyvəndləmə kampaniyasının lənğ aparılmasıyla bağlıdır. Belə ki, Avropada son sutkada koronavirusa yoluxma fevralın əvvəlləri ilə müqayisədə kəskin artıb.
Mətbuat yazır ki, üçüncü dalğa məhdudiyyətlərin təkrar tətbiqinə, ölkələrin qapanmasına, lokdauna səbəb olub. Bu ölkələr arasında Fransa və İtaliya da var. Polşa, Macarıstan, Çexiya kimi ölkələrdə də sutkalıq yoluxma artır. Almaniyada artıq üçüncü dalğa rəsmən etiraf olunub.
Bundan əvvəl ekspertlər güman edirdilər ki, üçüncü dalğa Avropanı bu ilin payızında ağuşuna ala bilər. Ancaq görünən odur ki, üçüncü dalğa daha tez gəlib.
Tarix: 15-03-2021, 21:31
Xəbəri paylaş



Xəbər lenti