
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Capital Group” MMC və “VEMAR Construction Group” MMC ilə satınalma müqavilələri imzalayıb.
Müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
“Capital Group” MMC Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Xanoba kəndində 26 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 526 min 925 manat 44 qəpik alacaq.
“VEMAR Construction Group” MMC isə Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Sos kəndində 85 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 4 milyon 984 min 375 manat 87 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Xanoba kəndində bir ədəd fərdi yaşayış evinin təmiri üçün 58 min 728 manat, Sos kəndində isə 58 min 640 manat xərclənəcək.
Mənbə: Meydan TV
Tarix: 25-12-2025, 17:41