“Biz niyə meydanlara yığışmırıq hayklar kimi?..-Məgər bizim haqlarımız az tapdanıb?..”


“Biz niyə meydanlara yığışmırıq hayklar kimi?..-Məgər bizim haqlarımız az tapdanıb?..”
“Niyə Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə, Ağdamda və s. meydanlara toplanıb soruşmuruq ki, 30 illik həyatımızı çürütməyinizə və s. görə nə vaxt kompensasiya ödəniləcək, niyə Bərdə-Ağdam-Şuşa, Tərtər-Ağdərə-Kəlbəcər yolları açılmır?..”

-3 CÜMLƏ İLƏ BİR "ATƏŞ"...-
 
2020-ci ildəki müzəffər(!) savaşımızdan sonra həm Xankəndindəki, həm İrəvandakı hayklar az qala, iki  gündən bir meydanlara yığışıb yerli idarəçilərdən və beynəlxalq ictimaiyyətdən guya Azərbaycan tərəfindən tapdanmış “haqları”nı, o cümlədən Laçın yolunun açılmasını tələb edirlər...
 
Bəs biz niyə dayanmışıq; məgər son 30-35 ildə bizim insani, yaşam haqlarımız erməni və ermənipərəstlər tərəfindən gerçəkdən az tapdanıb və bu gün də tapdanmaqda davam etmir?..
 
Niyə Bakıda(o cümlədən BMT nümayəndəliyinin, Rusiya, ABŞ, Fransa və s. səfirliklərinin qarşısına), Sumqayıtda, Gəncədə, Bərdədə, Ağdamda və s. meydanlara toplanıb soruşmuruq ki, on minlərlə əzizlərimizin, soydaşlarımızın canlarını amansızlıqla almağınıza, minlərləmizi olmazın işgəncələrə məruz qoymağınıza, əsir-girov götürməyinizə, yurdlarımızı, evlərimizi dağıtmağınıza, 30 illik həyatımızı çürütməyinizə  və s. görə nə vaxt kompensasiya ödəniləcək, niyə Bərdə-Ağdam-Şuşa, Tərtər-Ağdərə-Kəlbəcər yolları açılmır, nədən 10 noyabr bəyanatına uyğun olaraq keçmiş Dağlıq Qarabağ ərazisinə köçkün soydaşlarımızın qayıdışı təmin edilmir?..
 
P.S. Yeri gəlmişkən, dünən - iyulun 25-i axşam saat 20:00-dan başlayaraq hayklar paralel olaraq Xankəndində və İrəvanda "haqları"nın tapdanması, "Laçın yolunun açılması", "blokadada acından ölmələri" və s. bəhanə-tələbləri ilə Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə qarşı çıxış və şüarlarla dolu növbəti izdihamlı mitinqlər keçiriblər...
 
Sultan Laçın
 
Tarix: 26-07-2023, 09:17
Xəbəri paylaş



Xəbər lenti