Lavrov Qarabağda əsirlərin mübadiləsi ilə bağlı açıqlama verdi





Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın hərbi əsirlərin mübadiləsi ilə bağlı siyahıları dəqiqləşdirdiyini deyib.
Yeniavaz.com
“ria.ru”ya istinadən xəbər verir ki, Lavrov bu haqda 2020-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə hər iki tərəf itkin düşmüş şəxslərin siyahılarını tərtib etməlidir. Rusiyalı nazir həmçinin bildirib ki, əsirlərlə bağlı siyahının təqdim edilməsində Ermənistan tərəfi problem yaşayır. Onlar vaxtında bu cür siyahıları təqdim etmir.
Tarix: 18-01-2021, 17:11
Xəbəri paylaş



Xəbər lenti