Rusiya FHN -in xüsusi briqadası Ağdama gəlir - VİDEO



Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) pirotexniklərinin olduğu təyyarə bir azdan Gəncə hava limanına enəcək. Virtualaz.org TASS-a istinadən bildirir ki, onlar Azərbaycanı dəstəkləmək üçün humanitar missiya ilə gəlirlər.
“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, - deyə agentliyin məlumatında bildirilib.
Minalardan təmizləmə işlərində “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislər Azərbaycan FHN-in Ağdamdakı bazasında yerləşdiriləcək və yaxın vaxtlarda bu rayonun ərazilərini minalardan təmizləməyə başlayacaqlar.




Tarix: 4-01-2021, 14:20
Xəbəri paylaş



Xəbər lenti