İnşallah, tezliklə Ali Baş Komandan İlham Əliyev Qubadlının Xanlıq kəndi kimi Zabuxu da ziyarət edər...
Xəbər verdiyimiz kimi, 2011-ci ildə Suriyadan qanunsuz olaraq o zaman işğal altında olan Zabux kəndinə köçürülmüş və burada Livan ermənilərinin dəstəyi ilə yeni salınmış qəsəbəyə “mer” seçilmiş Andranik Çavuşyan ad-soyadlı məxluq dekabrın 1-dən Laçın rayonunun Azərbaycanın nəzarətinə qaytarılmasına rəğmən bir qrup sakinlə birgə kənddən çıxmaq istəmir.
Moderator.az xəbər verir ki, gündən-günə həyasızlaşan A.Çavuşyan bu gün də işğalçı Ermənistanın tert.am saytına müsahibəsində bir daha Zabuxu tərk etməyəcəklərini, azərbaycanlılara bir qarış torpaq verməyəcəklərini bildirib.
Suriyadan gəlib Azərbaycanın tarix boyu bir erməninin də yaşamadığı Zabux kəndində qanunsuz məskunlaşmış erməni onu tərksilah etmək istəyən rus sülhməramlılarla mübahisəsini də xatırladıb. Belə ki, hərbçilərin ondan silahlarını təslim etmək tələbinə cavab olaraq A.Çavuşyan onların qarşısında kənddəki ermənilərin təhlükəsizliyini təmin etmək şərtini qoyub və guya hətta göyə 3 dəfə atəş də açıb...
Xatırladaq ki, 1919-cu ilin fevral ayında Sultan bəy Laçının Zabux dərəsində Andronik Uzunyanın təxminən çoxminlik daşnak ordusunu darmadağın edib, bununla da Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdir. Bundan sonra Zabux dərəsi "Qanlı dərə" adlandırılıb.
P.S. Görünür, ermənilərin Zabuxa məhz Andranik adlı ermənini “mer” seçməsi və onun təkidlə buradan çıxmaması təsadüfi deyil...
P.P.S. İnşallah, tezliklə dövlətimiz, yeri gəlsə, birbaşa ordumuz məsələyə müdaxilə edərək işğalçı, terrorçu xislətli Andraniklərin Laçının Zabux kəndini də tərk etməsinə nail olar və Ali Baş Komandan İlham Əliyev Qubadlının Xanlıq kəndi kimi Zabuxu da ziyarət edər...
Tarix: 26-12-2020, 09:09