Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Oleq Siromolotov RİA “Novosti”yə açıqlamasında deyib.

O bildirib ki, Qarabağdakı əməliyyatlarda 2 minə yaxın muzdlunun döyüşdüyü ehtimal edilir: “Əvvəldən cihadçılıq ideologiyasını irəli sürən radikal muzdluların meydana çıxması ilə bağlı narahatlığımızı bildirdik. Onlara qarşı mövqeyimiz dəyişməyib”.
Qeyd edək ki, Azərbaycan Ordusu qarşısında tarixi məğlubiyyətə uğrayan erməni silahlı birləşmələri Bəşər Əsəd rejiminə tabe olan suriya ermənilərindən döyüşlərə cəlb etmişdi. Bu fakt bir neçə mənbədə təsdiqini tapıb.