Rusiya MN: Rusiyalı sülhməramlıların Qarabağda mühasirəyə düşməsi barədə məlumat yalandır


Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mühasirəyə alınması barədə məlumat həqiqətə uyğun deyil.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd olunub.
“Rusiya sülhməramlı qüvvələrinin guya Dağlıq Qarabağdakı tərəflərdən biri tərəfindən mühasirəyə alındığı barədə məlumatlar həqiqətə uyğun gəlmir. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı bütün bölmələri həm müşahidə məntəqələrində, həm də atəşkəs rejiminə riayət olunmasına nəzarət zamanı tapşırıqları nizamlı şəkildə yerinə yetirirlər”, - deyə nazirlikdən bildirilib. 
Müdafiə Nazirliyindən vurğulanıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ilə birbaşa rabitə kanalları ilə fasiləsiz qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısının alınmasında iştirak edir.
Nazirlik sülhməramlıların Dağlıq Qarabağda Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasındakı razılaşmalara uyğun olaraq fəaliyyət göstərdiklərini xatırladıb. Nazirlik əlavə edib ki, atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna verdiyi müsahibəsində Dağlıq Qarabağda erməni hərbçiləri ilə yanaşı, rusiyalı sülhməramlıların da Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirmişdi.//apa
Tarix: 16-12-2020, 22:47
Xəbəri paylaş



Xəbər lenti