Ermənilər Şuşanın daha bir kəndini tərk edib


Şuşa şəhərinin havadan görüntüsü - VideoŞuşa şəhəri

Şuşanın işğaldan azad olunması Azərbaycan ordusunun, heç şübhəsiz, böyük zəfəridir. Tarixi şəhərin gerçək sahiblərinə qaytarılması həm də Ermənistanın tam məğlubiyyətini rəsmiləşdirib.

Bizimyol.info xəbər verir ki, ermənilər Şuşanın daha bir kəndini tərk edib. Söhbət 1992-ci ildə işğal olunan Böyük Qaladərəsindən gedir. Kənddə yaşayan 114 ermənidən 113-ü buranı tərk etmək qərarı verib. Yalnız erməni icmasının rəhbəri David Davtyan Böyük Qaladərəsində qalıb.
Kəndin başbiləni deyib ki, üç gündür buralarda heç kim yaşamır. 30 təsərrüfatın hamısı sahibsiz qalıb. "Azərbaycanlılar hələ kəndə girməyib. Amma onların istənilən an gəlməsi istisna deyil. Mənim ailəm də üç gün əvvəl gedib. Buranı başsız qoyub gedə bilmərəm".
David Davtyan Kiçik Qaladərəsi kəndindən bir neçə gündür xəbər ala bilmədiklərini deyib. Onun dediyinə görə, qondarma rejimin rəhbərliyi ilə danışmağın da mənası yoxdur: "Çünki konkret söz demirlər".
Tarix: 16-12-2020, 08:39
Xəbəri paylaş



Xəbər lenti