Qafan meri azərbaycanlı və erməni hərbçilər arasındakı atışmadan danışıb


Qafan şəhərinin meri Gevork Parsyan Ermənistan və Azərbaycan hərbçiləri arasında atəşmanın olduğunu təsdiqləyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bununla bağlı kanadalı jurnalistə açıqlamasında deyib. Jurnalist yazıb ki, mer Ermənistanın cənubunda iki ölkə arasındakı hərbçilər arasında, Aqarak kəndi yaxınlığındakı bölgədə atışmanın olduğunu söyləyib. “50-yə yaxın azərbaycanlı erməni mövqelərinə doğru irəliləyib, bu səbəbdən sonuncular havaya atəş açmağa başlayıblar. Azərbaycanlılar da cavab atəşi açıblar, onlar da havaya. İtki yoxdur”, kanadalı jurnalist Nil Xauer əlavə edib.
Qeyd edək ki, sözügedən ərazidə erməni hərbçilər sərhəddi pozaraq Azərbaycanın ərazilərinin içərilərinə doğru irəliləyib, burada mövqe tutublar. Bu səbəbdən qəhrəman hərbçilərimiz düşməndən geri çəkilməyi tələb edib və Nikol Paşinyan da sərhəd xəttində dəqiqəşdirmə aparılması zərurətindən danışıb.
Tarix: 15-12-2020, 10:03
Xəbəri paylaş



Xəbər lenti