Erməni KİV: Qarabağda qorxunc vəziyyət yaranıb – FOTOLAR




Ermənistanın “Mediaport” kanalının Xankəndində olan əməkdaşı müharibədən sonra Qarabağa qayıdan insanların 2 kq düyü və şəkər payı üçün uzun növbələrdə dayandığını qeyd edib. 
Yeniavaz.com
“Mediaport”a istinadən bildirir ki, Xankəndinin mərkəzində insanlar 2 kq düyü və şəkər növbəsinə dayanıblar. 
“Mediaport” yazır ki, 72 yaşlı Marjik adlı qadın  göz yaşlarına boğularaq müharibəyə səbəb olanlara və “ölkəni” satanlara lənət edir: "Şuşim (Şuşa –red) yıxılmadı, təhvil verdilər. Kaş ki, Şuşidən gələn muğamın səsini eşitməsəydim, ölsəydim... firavanlıq və təhlükəsizlik içində yaşayırdıq, üstümüzə nə fəlakət gətirdilər”. “Mediaport” qeyd edir ki, 72 yaşlı qadın Nikol Paşinyan, Anna Hakobyan və Arayik Harutyunyan haqqında təhqir və lənətlər edir. 
Xankəndindəki ermənilər hazırda ən böyük problemin mənzil problemi olduğunu deyiblər. Mövcud evlərin kirayəsi 180-200 min dramdır (350-400 dollar), ödəməyə imkanları yoxdur.
Yazıda təəssüflə bildirilir ki, yeni bir həyat ümidi ilə Qarabağa qayıdan bir çox insan yerli rəhbərliyin vəd etdiyi ən azı əsas yaşayış şəraitilə təmin olunmayıblar. 
“Mediaport” qeyd edir ki, indi insanlar heç olmasa İrəvana geri qayıtmalarını təmin etmək üçün pulsuz nəqliyyat verilməsini tələb edirlər.



Tarix: 12-12-2020, 16:28
Xəbəri paylaş



Xəbər lenti