Lavrov:"Münaqişənin həlli formatı ilə bağlı seçim Azərbaycan və Ermənistana məxsusdur"



Qarabağda münaqişənin həlli formatı ilə bağlı seçim Azərbaycan və Ermənistanın özündə idi və bu bəyanatda iştirakçı tərəflərin tərkibini  və İranın təqdim etdiyi sülh planına diqqət verilməməsinin səbəbidir.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz indi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya kömək edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Yalnız bu, bəyanatdakı iştirakçıların tərkibini müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola bilməzdi.

İndi vacib olan əldə olunmuş bütün razılaşmaları necə tamamlayacağımızı və qarşıdurma bölgəsini birgə yaşayış bölgəsinə, qonşuluq və əməkdaşlığa çevirəcəyimizi düşünməkdir.

Dağlıq Qarabağ məsələsində bizi hərəkətə gətirən qan tökülməsinə son qoymaq istəyi idi. Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan – Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdilər. Bunun arxasında hər hansı bir fikir yoxdur. Yeri gəlmişkən, xatırlamıram ki, Rusiyanın Xarici İşlər Naziri kimi çalışdığım illər ərzində, İranlı həmkarlarımla çoxsaylı təmaslarımızda  Qarabağ mövzusuna maraq göstərilib və məsləhətləşmələrimizdə və ya danışıqlarımızda bu məsələ yer alıb”, – Rusiya XİN başçısı deyib.

Lavrov onu da bildirib ki, İranın narahatlığını başa düşür, çünki Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcəkdir, xüsusən də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib.
“Uzun illərdir hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır.

Noyabrın 9-da  Azərbaycan  Ermənistan və Rusiya liderlərinin ortaq bəyanatında da İran təşəbbüsündə olan əsas istiqamətlər açıq şəkildə göstərilib”, – deyə Lavrov qeyd edib.



Tarix: 12-12-2020, 15:06
Xəbəri paylaş



Xəbər lenti