44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin yenidən müəyyənləşdirilməsi prosesi gedir. Buna səbəb Ermənistanın işğal dövründə yeni əraziləri öz tərkibinə qatmaq üçün dövlət sərhədini pozmasıdır.Neqativ.com xəbər verir ki, Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı məsələdə Azərbaycan dövlət sərhədini bərpa etmək istiqamətində addımlar atır.
Digər problemlərin olduğu ərazi isə ermənilərin Sünik adlandırdığı Azərbaycanın tarixi torpağı olan Zəngəzur bölgəsindədir.
Hazırda ermənilərin ən çox müzakirə etdiyi məsələ məhz budur. Laçın rayonunun təhvil verilməsindən sonra isə Ermənistanın Avanus adlandırdığı kənddə geri çəkilməyə məcbur olur.
Məlum olub ki, ermənilər bu kənddən Laçın istiqamətində dövlət sərhədini irəli çəkib. Azərbaycan hərbçiləri də real sərhədi bərpa etmək istiqamətində işləyirlər.
Avanus bələdiyyəsinin rəhbəri Arqam Hovsepyan deyir ki, bir neçə gün öncə 750 metr geri çəkilməyimiz deyildi: “Bunu etməkdən imtina etdik, çünki bu baş verəndən sonra kənddə yaşamaq təhlükəli olur. Azərbaycanlılar hələlik dayanıblar. Burada strateji əhəmiyyətə malik olan Turus dərəsi vacibdir. Bu elə bir yerdir ki, ora nəzarət etmək bütün Gorusa nəzarət etmək deməkdir. Azərbaycanlı hərbçilərin bir hissəsi Turus dərəsindən təxminən bir kilometr məsafədə yerləşən Cağazur kəndinə gəldi”.
Ən maraqlı məqam isə etiraz edən Aqram Hovasepyana Azərbaycan hərbçisinin cavabıdır.
“Azərbaycanlı general mənə dedi ki, “geri çəkil, yoxsa səni dronla cəzalandıraram”, – Hovasepyan iddia edir.
Qeyd edək ki, “aprel müharibəsi”ndə erməniləri qorxuya salan dronlar Vətən müharibəsində onlar üçün ən dəhşətli kabusdan birinə çevrilib. (publika.az)
Tarix: 11-12-2020, 21:47