Xocalı qatillərindən biri olan terrorçu və işğalçı general-mayor Vitali Balasanyanın Qarabağdakı separatçı kriminal erməni rejimin tör-töküntülərinin “təhlükəsizlik şurası”nın katibi vəzifəsinə təyin edilməsi müxtəlif şərhlərə səbəb olub.
Moderator.az xəbər verir ki, “Past” qəzetinin yazdığına görə, Balasanyan bu vəzifəyə təyin olunmasına bir şərtlə razı olub - bütün güc strukturları onun birbaşa koordinasiyasında olmalıdır...
“Mənbəmizin verdiyi məlumata görə, yaxın gələcəkdə general qarşıdakı tədbirlər barədə daha konkret danışacaq və Qarabağdakı böhran vəziyyətinin ən qısa müddətdə həlli üçün aydın həll yolları irəli sürəcək”- erməni qəzeti belə yazır.
İşğalçı ölkə nəşri onu da əlavə edir ki, etibarlı mənbələrin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin komandiri general Rüstəm Muradovun şəxsində Rusiya tərəfi terrorçu Balasanyanın siyasi proseslərə qarışması, yəni “vəzifə”yə irəli çəkilməsi faktını olduqca isti qəbul edib...
P.S....Sultan Laçın
Tarix: 8-12-2020, 16:02