Ermənilər hərəkətə keçib !- "Qarabağdakı telekommunikasiya..."





"...Sahəsinə ciddi fikir vermək lazımdır"

Dağlıq Qarabağda internet və rabitə sistemi yenidən qurulacaq. Lakin Xankəndində, Xocalı və Xocavənddə də telekommunikasiya, internet və TV infrastrukturunun necə qurulacağı və kimin nəzarətində olacağı məsələsi sual doğurur. Dünən separatçıların lideri Araik Arutyunyan Ermənistanın "Telekom Armeniya" operatorunun rəhbərləri ilə görüşüb. Bu haqda o, öz facebook səhifəsində yazıb. Görüşdə Qarabağda telekommunikasiya infrastrukturunun qurulması üçün razılıq əldə olunduğu bildirilib.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında məsələyə münasibət bildirib. O bildirib ki, son günlərədək, adıçəkilən "Telekom Armeniya"  operatoru Rusiyaya məxsus "Beeline" brendi altında fəaliyyət göstərib:

"Şübhəli bir sövdələşmə ilə əvvəllər "VEON Armeniya" (əvvəlki adı “ArmenTel”, brend Beeline) olan şirkəti digər erməni mobil operatorun sahibləri satın alıblar.

Maraqlıdır ki, ermənilərin aldığı bildirilsə də, şirkət Rusiyaya məxsus "Beeline" brendindən hələlik imtina etməyib. İndi məlum olur ki, Dağlıq Qrabağda telekommunikasiya xidmətləri üçün ilk növbədə əvvəl Rusiya, indi isə Ermənistan şirkəti hesab olunan bu operator nəzərdə tutulubmuş. Digərlərinin də dəvət edilməsi nəzərdə tutulur.

Düşünürəm ki, informasiya trafikinin Ermənistan üzərindən gerçəkləşməsi, Dağlıq Qarabağdakı telekom operatorların bizim qanunvericilikdən kənar fəaliyyəti informasiya və telekommunikasiya sahəsində milli maraqlarımız üçün ciddi təhdidlər yaradacaq".
Tarix: 4-12-2020, 14:25
Xəbəri paylaş



Xəbər lenti