“Paşinyan tezliklə siyasətdən yox olacaq, hətta daha ağır cəza mümkündür”


“Paşinyan tezliklə siyasətdən yox olacaq, hətta daha ağır cəza mümkündür”
Aleksandr Kovalenko: “Erməni siyasi elitası Azərbaycana qarşı törədilən hərbi cinayətlərin məsuliyyətini Baş nazirin üzərinə ata bilər”
 
Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko, Qarabağda gedən müharibə ilə bağlı fikirlərini AYNA-ya açıqlayıb:
 
- Dağlıq Qarabağdakı müharibə bir aydan çox davam edir və bu müddət ərzində Azərbaycan ordusu 4 şəhəri, ümumilikdə 200-dən çox yaşayış məntəqəsini işğaldan azad edib. Həm münaqişənin “qaynar” mərhələyə keçməsini, həm də Ermənistan ordusunun bu qədər sürətli məğlubiyyətini gözləyirdinizmi?
 
- 30 ilə yaxın davam edən qarşıdurmanın hər an aktiv mərhələyə çevrilməsi yalnız zaman məsələsi idi. Ermənistan ordusunun sürətlə məğlub olmasına gəlincə, indidən nəticə çıxrmağa bu qədər tələsməzdim. Bəli, itkilər əhəmiyyətli dərəcədə çoxdur. Lakin hazırda Ermənistan yalnız Gürcüstan və Türkiyə ilə sərhəddəki ərazilərdən mövcud qoşun birliklərini çıxarmaqla yanaşı, üçüncü tərəfdən də müvafiq hərbi yüklər alır. Əlbəttə ki, erməni qüvvələrinin əhəmiyyətli dərəcədə zəiflədilməsi çox yaxşı göstəricidir.
 
- Azərbaycan Ordusunun uğurlarında İsrail və Türkiyədən alınan pilotsuz uçuş aparatlarının (PUA) rolu nə qədərdir?
 
- Hücum PUA-ları Azərbaycan Ordusunun erməni tərəfinin qarşı çıxmağa hazır olmadığı üstünlük amilinə çevrildi, ancaq insan mili olmadan heç bir texnika münaqişədə həlledici rol oynaya bilməz. Mövcud əməliyyat qoşunlarının düşünülmüş, taktiki irəliləməsi və həm piyada qüvvələrinin, həm də atəş dəstək bölümlərinin birgə rasional istifadəsi mühüm amildir.
Коваленко Александр Андреевич — Latifundist.com
- Hazırkı müharibənin “İskəndər” raketlərinin və erməni tərəfinin balansında olan digər rus silahlarının zəifliyini nümayiş etdirdiyini düşünürsünüz?
 
- Bildiyim qədəri ilə bu qarşıdurmada “İskəndər”lərdən hələ istifadə olunmayıb. Rus silahlarının qalan hissəsinə və hətta Sovet silahlarına gəldikdə, “Toçka-U” və “R-17 Scud OTRK” aşağı hədəf vurma dəqiqliyi və hava hücumundan müdafiə sistemlərinə qarşı zəiflik nümayiş etdirdi ki, bu da onların mənəvi geriləmələri ilə izah olunur. Ayrılıqda, qısa və orta mənzilli kompleksləri, OSA və TOR hava hücumundan müdafiə sistemlərini məhv edən döyüş sursatlarına və PUA-ya təsirli bir şəkildə müqavimət göstərə bilmədiyi ortaya çıxan erməni birləşmələrinin eşalonlu hava hücümundan müdafiəsini qeyd etmək istərdim. S-300 hava müdafiə sistemlərinə gəldikdə, bunlar PUA kimi kiçik ölçülü obyektlərə qarşı faydasızdır.
 
- Yalnız Rusiyanın deyil, Ermənistanın digər müttəfiqlərinin də ona birbaşa və açıq hərbi yardımdan çəkinməsini nə ilə izah edirsiniz?
 
- Bu 30 il ərzində geosiyasi tərəzidəki tarazlıq əhəmiyyətli dərəcədə dəyişdi və beynəlxalq ictimaiyyəti bu cür münaqişələrə daha təmkinli reaksiya göstərməyə məcbur edən bir sıra hadisələr baş verdi. Bundan əlavə, tanınmamış quruma açıq, əsassız dəstək müəyyən neqativ nəticələr doğura bilər ki, buna görə də çox az adam həm ölkənin nüfuzunu, həm də iqtisadi vəziyyətini riskə atmağa hazırdır.
 
- Bəs, Ermənistanın Baş naziri Nikol Paşinyanın taleyini necə görürsünüz?
 
- Əminəm ki, yaxın gələcəkdə o, nəinki postunu itirəcək, ümumiyyətlə Ermənistanın böyük siyasətindən tamamilə yox olacaq. Onun üçün daha pis variant da var - erməni siyasi elitası, insanlığa qarşı cinayət sayılan döyüş əməliyyatlarının bütün məsuliyyətini Paşinyanın üzərinə qoyacaq. Xüsusilə, Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumlarını nəzərdə tuturam.
 
- Mən bu sualı verməyə bilmərəm. Erməni tərəfi Butusov, Podalyaka və Arestoviçlə olduğu kimi, sizi də Azərbaycanın “satın aldığı” Ukrayna mütəxəssisləri sırasına daxil edə bildimi və bu qədər əsassız yalanın səbəbi nədir?
 
- Xeyr, bu, baş vermədi. Bəlkə də bu, mənim mütəmadi olaraq, 2014-cü ildən bəri dondurulmuş Qarabağ münaqişəsi məsələlərini əhatə etməyimlə, eləcə də Ermənistan və Azərbaycanın hərbi-texniki məsələlərinə diqqət yetirməyimlə əlaqədardır. Rusiyapərəst, separatçı mövqeyi ilə tanınan Podolyakanın və ya Ukrayna daxilindəki siyasi döyüşlərə daha çox diqqət yetirən Butusovun pərəstişkarlarından fərqli olaraq, mənim proqnozum heç kim üçün sürpriz mövqe olmadı.
 
- Ukrayna Qarabağ müharibəsindən nə nəticə çıxara bilər?
 
- Əlbəttə ki, bu, PUA-ların və hərəkətli döyüş sursatlarının ayrılmaz döyüş vahidi kimi istifadəsini nəzərə almaqla, müharibə strategiyasının yenidən nəzərdən keçirilməsidir. Düşmən qüvvələrinin hərəkəti və onların məhv edilməsi üzərində havadan ümumi nəzarətin yaradılması. Dəqiq döyüş sursatlarının istifadəsi və düşmən qüvvələrinin və varlıqlarının hədəf nöqtələrinin dəqiqliklə məhv edilməsi. İnformasiya səssizliyi rejiminin yaradılması: Cəbhədəki hadisələr və qoşunların irəliləməsi, yaşayış məntəqələrinin azad edilməsi barədə məlumatların hadisə yerindən foto və video yayımlamağa sevinən blogerlər, jurnalistlər və ya hərbçilər tərəfindən deyil, yalnız bir məmur tərəfindən səsləndirilməsi. Düşməni ruhdan salan daha vacib bir amil: düşmən texnikasının və canlı qüvvəsinin bütün məğlubiyyət və məhv olması anlarının videoqeydiyyatı. Ukraynanın Donbassdakı 2014-2015-ci illər döyüşlərini işıqlandırarkən bu amil bizim informasiya müharibəmizdə ən zəif tərəf idi.

Neqativ.com
Tarix: 5-11-2020, 15:40
Xəbəri paylaş



Xəbər lenti