Deputat Cavanşir Feyziyev haradan və nə qədər qazanc əldə edib?


İngiltərə Ali Məhkəməsinə (İstinad nömrəsi: [2024] EWHC 501 (Admin), İş nömrəsi: AC-2023-LON-001768) cavabdeh tərəf kimi Cavanşir Feyziyevin təqdim etdiyi gəlir məlumatlarına əsasən, o,
1987-ci ildə tərcümə şirkəti yaradıb
1990-cı illərdə Philip Morris ilə işləyib
Əsas gəlir mənbələri:
1. Planet Co. (1998)
Alman tütün şirkətinin eksklüziv distribyutoru olub, 2000–2002 arası: 12 milyon dollar dividend əldə edib.
2. Payların satışı
distribyutorluq hüquqlarını satıb
2002–2016 arası böyük komissiyalar qazanıb
3. Avromed şirkəti
əvvəl satış meneceri, sonra direktor olub
2006-da səhmdar olub
2010-da deputat seçildiyi üçün vəzifədən ayrılıb İddiasına görə: 2006–2016 arası 49 milyon dollar dividend əldə edib

4. Turizm biznesi (Tour Invest)
əlavə olaraq: 7.5 milyon dollar gəlir
5. Daşınmaz əmlak investisiyaları (Azərbaycanda)
20 milyon dollardan çox kapital qazancı,
əlavə 3 milyon dollar gəlir.
TEREF yazır ki, yuxarıdakı məlumatları paylaşan müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha sonra yazır:
Cavanşir Feyziyevin İngiltərə Ali Məhkəməsinə verdiyi gəlir məlumatlarına görə o, 2001–2020-ci illər aralığında təxminən 100 milyon dollar qanuni gəlir əldə edib və Londondakı əmlaklara xərclənən pul: təxminən 39.5 milyon funt təşkil edir.
O məhkəməyə bildirib ki, qanuni gəlir bu əmlakları almağa tam yetərlidir və buna görə cinayət ehtimalı yoxdur.
İnandırıcıdırmı? Vergi sübutları varmı?
Cavanşir Həsənli

Tarix: Bu gün, 10:24
Xəbəri paylaş



Xəbər lenti