Onlar 25 ildir icra başçısıdır


Azərbaycanda stajlı məmurların siyahısında üç nəfərin adı xüsusilə diqqəti çəkir. Söhbət 25 ildən çox icra başçısı işləyən “üçlük”dən gedir.

Bu siyahıda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adı birinci sıradadır. 69 yaşlı Əzizov 26 ildir ki, ölkənin müxəlif şəhər və rayonlarına rəhbərlik edir. Belə ki, o, 28 iyun 2000-ci ildən 8 aprel 2003-cü ilə kimi Bakının Nizami rayonunun icra hakimiyyətinin başçısı olub.

Eldar Əzizov 2003 - 2011-ci illərdə Gəncənin icra başçısı işləyib. 2011-2015-c illərdə Sumqayıta, 2015-2018-ci illərdə isə paytaxtın Səbail rayonuna rəhbərlik edib.

Ömrünün yeddinci onilliyini xırdalayan Eldar müəllim 15 noyabr 2018-ci ildən Bakı şəhər İcra Hakimiyyətinin başçısıdır.

25 ildən çox icra başçısı postunu tutan digər məmur isə Malik İsaqovdur. 73 yaşlı İsaqov 8 sentyabr 2001-ci ildən Qubadlı rayonuna rəhbərlik edir.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da 25 ildən çox icra başçısı kürsüsündə əyləşən məmurlardandır. O, 2000-ci ilin ilin dekabr ayının 21- də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
xeberci_es

Tarix: Dünən, 12:59
Xəbəri paylaş



Xəbər lenti