Maraqlı qadağalar diyarı - Saqqız çeynəmək, maşın almaq...

Maraqlı qadağalar diyarı - Saqqız çeynəmək, maşın almaq...

Hind okeanında yerləşən Sinqapur çoxlu adalarla əhatə olunmuş bir ölkədir. Turistlər tərəfindən ən çox ziyarət edilən dünya ölkələrindən biridir. Sinqapur bir şəhər dövlətidir və özünəməxsus urbanizm anlayışı ilə diqqət çəkir. Bu ölkənin qeyri-adi və özünəməxsus qadağaları var.

Gəlin bu ölkə ilə daha yaxından tanış olaq...
1. Hind okeanının suları ilə əhatə olunmuş kiçik bir ada dövləti olan Sinqapur İndoneziya və Malayziya əraziləri arasında yerləşir. Dünyanın hər yerindən müxtəlif etnik mənşəli insanların yaşadığı Sinqapur əhalisinin 77 faizini çinlilər təşkil edir.
2. Rəsmi olaraq ingilis dili də daxil olmaqla dörd dildən istifadə olunur.
Cənubi Asiya ölkələri əslində bayram və alış-veriş üçün büdcəli ölkələrdir, lakin Sinqapura gəldikdə büdcəni bir az da artırmaq lazım gələ bilər. Bununla belə, həyat keyfiyyəti, nəqliyyat, yemək, içki və pul xərcləyəcəyiniz hər şey o qədər yüksək keyfiyyətdir ki, cibinizdən çıxan hər qəpiyin sizə kifayət qədər geri döndüyünü hiss edə bilərsiniz.
3. Uzaq Şərqin ən nizamlı ölkəsi olan Sinqapur çox təmiz və müasir yerdir. İngilis dilində "Fine City" adlanır. "Fine" həm gözəl, həm də qadağan deməkdir.
4. Hazırda bütün dünyada koronavirus səbəbiylə müəyyən qadağalar olsa da, pandemiyadan əvvəl də bu ölkənin təəccüblü qadağaları var idi. Burada qadağalardan birinə belə əməl olunmazsa, bunun müqabilində verilən cəzalar həqiqətən maraqlıdır.
İndi isə bu ölkədəki maraqlı qadağalarla tanış olaq:
1. Divarlara şəkil çəkmək olmaz
Bu qadağa ilk dəfə 1994-cü ildə verilib. Amerikalı yeniyetmə divarlara şəkil çəkir və “ictimai əmlaka ziyan vurduğu” üçün cəzalandırılır. Bu hadisədən sonra ictimai divarlara hər hansı təsvirin tətbiqi qadağandır.
2. Sinqapur avtomobil sahibi olmağın ən bahalı olduğu ölkələrdən biridir. Çünki alacağınız avtomobilin qiymətindən başqa, “fayl xərci” ödənir ki, bu da avtomobilin qiymətinin az qala yarısına bərabər olur.
Deyək ki, bütün bunlara baxmayaraq maşın aldınız. Bu zaman isə mütləq daim avtomobili təmiz saxlamalı, park etmək üçün yer almalısınız. Əks təqdirdə yüklü bir məbləğdə cəza ödəməli olacaqsınız.
3. Nə qədər qəribə səslənsə də, bu ölkədə saqqız çeynəmək bəyənilmir və bununla bağlı qadağa ən maraqlılar içərisindədir. Belə ki, Sinqapurda saqqız çeynəmək və satmaq qadağandır. Bunun ən böyük səbəbi onların önəm verdikləri təmizlik məsələsidir.
Yerə atılan saqqızlarla mübarizə aparmaq mümkün olmadığı üçün bu qadağan müəyyən edilib.
Cərimə isə 1000 Sinqapur dolları civarındadır.
4. Bu ölkədə bir eviniz varsa, ikincisini almaq mümkün deyil. Hətta əgər evlənməyə qərar verərkən həyat yoldaşınızla hərənizin özünüzə məxsus eviniz varsa belə onların birindən imtina etməlisiniz. Xülasə, evli olanda birdən çox ev sahibi olmaq qadağandır.
5. Harada olursunuzsa, olun, internet ödənişlidir.
Bu gün internet vazkeçilməz şeylərdən biridir. Dünyanın bir çox ölkəsində otel və kafe kimi yerlərdə internet ümumiyyətlə, pulsuzdur. Sinqapurda isə əksinədir. Wi-Fi üçün gündə 20-25 Sinqapur dolları ödəyirsiniz.
6. Durian meyvəsinə diqqət yetirin.
Mənşəyi Malayziya, Tayland və Vyetnamdan gələn durian meyvəsi dadı və faydaları ilə diqqət çəkir. Ancaq dadından çox pis qoxusu ilə tanınır. Sinqapurun demək olar ki, hər yerində durian meyvəsi üçün “qadağan” işarələri var. Məsələn, durian meyvəsi ilə ictimai nəqliyyata mindinizsə, yandınız. Çox ciddi cəriməsi var.
7. Quşları yemləməzdən əvvəl iki dəfə düşünün
Bir çox ölkələrin turistik bölgələrində quşlara yem atmaq üçün yem satanlar olur. Quşları bəsləyirsən, şəkil çəkdirirsən və s. Sinqapurda isə bu qanunsuzdur. Səbəb yenə də təmizlik məsələsidir. Çünki onlar düşünürlər ki, atdığınız yemi quş yeməsə, o yem yerdə qalır və bu da pis görüntü yaratmaq deməkdir.
Sinqapurda quşları bəsləmək üçün cərimə 1000 Sinqapur dollarından başlayır.
8. Başqasının Wi-Fi bağlantısından istifadə
Deyək ki, siz başqasının Wi-Fi bağlantısına qoşulmusunuz. İstər qəsdən, istərsə də səhvən bunu etsəniz, bu cinayət sayılır. Bunu edən şəxsləri üç ilə qədər həbs gözləyir.
Tarix: 3-12-2021, 08:06
Xəbəri paylaş



Xəbər lenti