Təhsilli, yaraşıqlı və qəddar cani: Ted Bandi necə qatil oldu...


Törətdiyi silsilə qətllərlə dünyanın ən məşhur qatillərindən biri olan Ted Bandinin gerçək həyat hekayəsi...

Hüquq fakültəsində oxuyan, siyasəti izləyən Ted Bandi 35-dən çox qadını qətlə yetirib. Ən qəddar qatillərdən biri olan Bandi haqqında bir çox sənədli film çəkilib. Bandi cazibədar hesab etdiyi qadınları qandallayıb ölənədək qanını axıdırmış.
Ted Bandi 24 noyabr 1946-cı ildə ABŞ-ın Vermont ştatının Burlinqton şəhərində anadan olub. Anası Eleanor Luis Kouel satıçı işləyirdi. Atasının kim olması barədə dəqiq məlumat yoxdur. Elenor Luis Kouel atası olmayan uşağın cəmiyyətdə mənfi qarşılanmasından qorxduğu üçün Bandini öz oğlu kimi yox, qardaşı kimi təqdim edirdi.
Bandi nənə və babasını ata-anası, anasını isə bacısı bilirmiş. Uşaqlıq illərində psixoloji problemləri olan Bandinin anası panik atak xəsdəsi idi, o, həmin illərdə anasının ağır depressiyalarına şahidlik edib.
Hələ uşaq yaşlarından oğurluğa başlamışdı, hətta o qədər profisionallaşmışdı ki, uzun müddət onun oğru olduğu heç kimin diqqətini çəkməmişdi. O, artıq mağaza soymaqdan zövq almağa başlamış, bu işdə özünü tapmışdı. Böyüdükcə insanlar arasında özünü tək hiss edən Bandi zamanla ünsiyyətlərdən qaçmağa başlayıb. Hüquq fakültəsinə qəbul olan, siyasəti yaxından izləyən Bandinin daxilindəki canilik hissləri zamanla üzə çıxmağa başlayıb. Ali təhsilli, hörmət sahibi biri olaraq görünən gənc Bandi ilk cinayətini 4 yanvar 1974-cü ildə həyata keçirib.

Onun ilk qurbanı Coni Lenz adlı bir qız idi. O, pəncərədən qızın yataq otağına girib və qıza sopa ilə vuraraq, cinsi işgəncələrlə öldürüb. Coninin cəsədi səhər qan içində tapılıb.
Linda Ann Haley adlı qız isə Vaşinqton Universitetində psixologiya fakültəsinin tələbəsi idi. 31 yanvar 1974-cü ildə gecə yatdıqdan sonra Bandi qızın otağına girib və ona təcavüz edib. Daha sonra qızı evdən çölə çıxardıb. Qızın parçalanmış əzaları və başı 1 il tapılmayıb. Bandinin qızları öldürdükdən sonra cəsədin bəzi əzalarını evinə aparıb xatirə kimi saxladığı məlum olub. Onun evində tapılan qadın başları saçları yuyulmuş, üzləri makiyajlanmış olaraq sənədləşdirilib.
Ted Bandi qoltuq dəyənəkləri ilə, gipsli ayaqla axsayaraq gəzib kitablarını yerə salırdı və qızlardan kitablarını yerdən götürüb vermələri üçün kömək istəyirdi. Corcian Hakinqs də belə tələyə düşüb. Ted kitabları maşına qoymaq üçün əyilən qızın başına dəmirlə vurub, maşının içinə mindirib. Əsasən qurbanlarını Sietldəki meşəyə aparan Ted əlindən qaçmağa çəhd edən qızlara təcavuz edib.
kurban
Ted 1975-ci ildə Karol adlı bir qızı oğurladığı üçün tutulub 15 il həbs cəzası alıb. İki il sonra məhkəmədə öz vəkilliyini edən Ted Bandi həbsxananın kitabxanasından qaçıb. İki ay sonra tutulan cani qısa bir müddət sonra yenidən həbsdən qaça bilib.
O, 1978-ci ildə Florida ştatına gələrək tarixin ən böyük qətllərindən birinə imza atıb. Belə ki, Florida əyalət universitetindəki Çi Omeqa yataqxanasına girərək 15-20 dəqiqə içində vəhşi bir kütləvi təcavüz və qətllər törədib. O, 21 yaşlı Marqaret Bovmanı odunla döyərək öldürüb, 20 yaşlı Liza Levini döydükdən sonra boğub və ağır işgəncələrlə öldürüb. İki bacını isə odunla döyüb.
Bandi 9 fevral 1978-ci ildə Kimberli Liç adlı 12 yaşlı qızı oğurlayaraq təcavüz edib və öldürüb. Daha sonra o, qızın cəsədini donuz damına ataraq şəhərdən qaçıb.
Onun növbəti qurbanı 12 yaşlı Leynet Davn Kulver olub. O, qızı Pokatellodakı məktəbdən qaçıraraq otelə aparıb, otada qıza təcavüz edib və daha sonra boğaraq cəsədi Pokatellonun şimalındakı çaya atıb.
ted
1978-ci il fevralın 15-də Bandi Pensakola şəhərinə gedərkən polis tərəfindən saxlanılıb. Maşının oğurluq olduğu məlum olandan sonra Bandi həbs olunub. İlkin dindirmə zamanı Bandi bir neçə cinayəti etiraf edib. Onun məhkəmə prosesləri davam edərəkən Bandi Karol An Bon ilə məhkəmə salonundaca evlənib.
1979-cu ildə məhkəmə Ted Bandininin elektrik stolunda edam edilməsi qərarını verib.
1982-ci ildə An Bon və Ted Bandinin qız övladları dünyaya gəlib. Ancaq sonralar Bon Bandidən boşanıb, özününün və qızının soyadını dəyişdirib.
ted2
Ted Bandi Florida Dövlət Həbsxanasına göndərilib və burada öz ölüm sırasının gözləməyə başlayıb.
Bandi həbsdə olarkən bir çox cinayətin açılmasında FBİ agentlərinə kömək edib. Ted Bandi edam edilməsindən bir gün əvvəl verdiyi müsahibəsində vəziyyətin bu həddə gəlməsində cəmiyyətdə olan zorakılıqları göstərib. Onun son sözləri “Ailəmə və dostlarıma sevgilərimi çatdırın” olub.
idam
24 yanvar 1989-cu ildə Ted Bandi elektrikə qoşularaq edam ediləndə çöldəki izdiham “Yan, Bandi, yan” deyərək bağırırdı.
 
Musavat.com
Tarix: 24-11-2021, 08:06
Xəbəri paylaş



Xəbər lenti