AAYDA-nın tabeliyində olan qurumun xüsusilə külli miqdarda vergi borcu yaranıb



“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində olan “16-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var.

 

Pravda.az-n xəbərinə görə, MMC-nin dövlətə 4 349 763 AZN borcu yaranıb.

 

Qanuni təmsilçisi Kazım Mirəziz oğlu Hüseynov olan qurumun hüquqi ünvanı İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 40-dır.


Tarix: 2-12-2025, 10:00
Xəbəri paylaş



Xəbər lenti