Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..

Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatın və korrupsiyanın strukturlaşmış formalarından biri sayılan saxta şirkətlərin fəaliyyəti, artıq təkcə iqtisadi deyil, sosial və mənəvi təhlükə kimi qiymətləndirilməlidir.
Son aylarda üzə çıxan faktlar, bu qanunsuzluqların yeni, daha amansız bir mərhələyə keçdiyini göstərir: narkotik aludəçiləri, psixoloji pozuntusu olan şəxslər və ölüm ayağında olan onkoloji xəstələr bu şəbəkənin vasitəsinə çevriliblər. Üstəlik, bu hallar illərlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də qarşısı alınmayıb və aidiyyəti qurumlar, xüsusilə Gömrük Komitəsi, Vergilər nazirliyi. İdxal-İxrac Baş İdarəsi hərəkətsiz qalır, baş verənlərə ciddi yanaşmırlar.
Strukturlaşdırılmış maxinasiyalar: Kimlər və necə istifadə olunur?
Son dövrlərdə ictimaiyyətə açıqlanan məlumatlar göstərir ki, Azərbaycanda saxta şirkətlərin yaradılmasında daha “təsirli” üsullara keçilib. Əvvəllər sosial cəhətdən zəif, hüquqi bilikləri olmayan vətəndaşların adından sui-istifadə olunurdusa, bu gün bu məqsədlə daha həssas və cavabdehlik daşımaq iqtidarında olmayan şəxslər seçilir:
Narkotik aludəçiləri
Psixoloji və ruhi pozuntuları olan insanlar
Ağır onkoloji xəstələr və müalicə imkanından məhrum şəxslər
Bəzi hallarda işbazlar onkoloji xəstələri birbaşa xəstəxana qarşısında axtarıb tapır, onlara cüzi pul yardımı vəd edir və onların adına şirkət açmaq üçün etibarnamə alır. Bu şəxslərin çoxu bir neçə ay içində vəfat edir və nəticədə onların adına qeydiyyatda olan şirkətlərin külli miqdarda vergi və sosial borcu cavabsız qalır.
İdxal-İxrac İdarəsi və Gömrük Komitəsi: Sistemli laqeydlik, yoxsa...
Bu saxta şirkətlərin təkcə qeydiyyatdan keçməsi yox, fəaliyyət göstərməsi, milyonlarla manatlıq idxal əməliyyatlarını heç bir ciddi sənədlə müşayiət etmədən həyata keçirməsi göstərir ki, bu proseslər aidiyyəti dövlət qurumlarının nəzarətindən ya kənarda qalır, ya da onların səssiz razılığı ilə baş tutur.
Əldə edilən məlumatlara görə, bəzi hallarda idxal olunan məhsullar asanlıqla gömrükdən keçirilir. Heç bir ekspertiza, əlavə sənəd, real anbarsız məhsullar birbaşa bazara daxil edilir. Bu sistemin əsas nəzarət qurumu olan İdxal-İxrac Baş İdarəsi, şirkətlərin təsisçilərini, maliyyə vəziyyətlərini, fiziki ünvanlarını yoxlamalı olduğu halda, bu funksiyalar tamamilə formal şəkildə həyata keçirilir. Qeyd edək ki, qurumun rəhbəri Azər Məmmədovdur...
Daha da təhlükəlisi, ictimaiyyət arasında yayılan iddialar bu proseslərin təkcə sistem zəifliyi ilə deyil, bəzi məmurların aktiv iştirakı ilə mümkün olduğunu göstərir. Belə ki, bir çox bu tip şirkətlərin arxasında yüksək vəzifəli şəxslərin qohumları və yaxın çevrəsinin dayandığı bildirilir.
Dövlət büdcəsinə və sahibkarlıq mühitinə dərin zərbə
Bu sistemin nəticəsi birbaşa dövlət büdcəsinin ziyan görməsi və qanuni sahibkarlığın sıradan çıxarılmasıdır. Rəqabət mühiti pozulur, vergisini ödəyən, sənədlərlə işləyən sahibkar qeyri-rəsmi yolla çalışan “saxta biznes” qarşısında uduzur. Bu isə iqtisadi sistemin içəridən çökdürülməsi deməkdir.
Rəqəmlər göstərir ki, bu saxta şirkətlər vasitəsilə ölkəyə aylıq on milyonlarla manatlıq məhsul idxal edilir. Bunların heç biri real iqtisadi dövriyyədə rəsmi qeydiyyatdan keçmir, vergi ödənilmir və hüquqi məsuliyyət daşıyan tərəf qalmır.
Artıq cəmiyyət bu məsələ qarşısında susmur. Media, vətəndaş cəmiyyəti institutları və bəzi sahibkar birlikləri bu problemi illərdir qaldırsa da, konkret nəticə yoxdur. Dövlətin maraqlarına bu qədər ciddi zərbə vuran bir sistemin illərlə toxunulmaz qalması isə haqlı suallar doğurur.
Hələ də bu şirkətlərin açılmasına necə icazə verilir?
İdxal-İxrac Baş İdarəsi bu proseslərə necə göz yumur?
Gömrük Komitəsi nə üçün tədbir görmür?
Bu sahədə tənzimləmə və nəzarət mexanizmlərinə cavabdeh qurumlardan birincisi İqtisadiyyat Nazirliyidir. Lakin nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurum bu qədər geniş yayılmış və ictimai rezonansa səbəb olan saxta şirkət maxinasiyalarına qarşı açıq və prinsipial mövqe ortaya qoymur. İdxal-İxrac Baş İdarəsinin fəaliyyəti, faktiki olaraq, nazirliyin nəzarətindən çıxmış vəziyyətdədir. Əgər bu struktur real yoxlamalar həyata keçirmir, ölü şəxslərin və narkotik asılılığı olan insanların adından milyonlarla manatlıq idxalı görməzdən gəlirsə, bunun məsuliyyətini anlamalıdırlar.
Bu suallara illərdir cavab verilmir...
Aylardır bəzi rəsmilər, TV-lər tərəfindən bu proseslərin qarşısını almaq üçün islahatların planlaşdırıldığı bildirilir. Şirkət qeydiyyatı üçün fiziki iştirak, notarial təsdiq, sahibkarlıq qabiliyyətinin qiymətləndirilməsi kimi mexanizmlər təklif olunur. Lakin sual yaranır: bu sistemin içərisində olanlar həmin islahatların həyata keçirilməsinə imkan verəcəkmi?
Beləliklə, bu gün Azərbaycanda saxta şirkətlər problemi təkcə iqtisadi məsələ deyil, bu, insan həyatının, hüquq sisteminin və dayaqların istismar olunmasıdır. Əgər bir ölkədə ölümcül xəstənin adından milyonlarla manatlıq maxinasiyalar həyata keçirilə bilirsə və dövlət qurumları bu prosesə ya laqeyd yanaşır, ya da iştirak edirsə, orada sistemin təcili şəkildə yenidən qurulmasına ehtiyac var.
"DİA-AZ"
Tarix: 25-08-2025, 14:27
-
Bu gün, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Bu gün, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Bu gün, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Bu gün, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Bu gün, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Bu gün, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Bu gün, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Bu gün, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Bu gün, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
Dünən, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Dünən, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Dünən, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Dünən, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Dünən, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Dünən, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Dünən, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
25-07-2026, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
25-07-2026, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
25-07-2026, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
25-07-2026, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
25-07-2026, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
25-07-2026, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
25-07-2026, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
25-07-2026, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub