Qaradağ İcra Hakimiyyəti yumuşaq inventar adı ilə geyim alır

Qaradağ İcra Hakimiyyətinin balansında olan Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi elan etdiyi tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, MKTİB yumuşaq inventarların alınmasını həyata keçirəcək.

Bununla bağlı “ƏLİ-TEKSTİL” MMC ilə müqavilə imzalanıb. Həmin müqavilənin dəyəri isə 69 min 825 manat təşkil edir.

Maraqlı məqam odur ki, Qaradağ İcra Hakimiyyəti tenderi məhz yumuşaq inventar alınması üçün elan edib. Lakin əvəzində işçilərə geyim alınmasını reallaşdırıb. Halbuki yumuşaq inventar mebel və bu qəbildən olan mal və məhsullara aiddir. Geyimlə əlaqəsi yoxdur.

Tarix: Dünən, 18:18
Xəbəri paylaş



Xəbər lenti