16 saylı Yol İstismar İdarəsində “fırtına” baş verəcək?-İDDİA



16 saylı Yol İstismar İdarəsində “fırtına” baş verəcək?-İDDİA
Son vaxtlar bəzi media qurumlarında Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsində büdcə vəsaitlərinin “levı yollar”la mənimsənilməsi, idarəyə məxsus bəzi nəqliyyat vasitələrindən yerli sakinlərə məxsus müəyyən fərdi işlərin görülməsində istifadə olunması, az sayda olsa belə “ölü canlar”ın varlığı və s. kimi səbəblər üzündən, bu idarədə “burulğanlı fırtına”nın baş verəcəyi söylənilir. Çox böyük çevrədə dolaşan söz-söhbətlərə görə, hazırda Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsi, sanki “feodal üsul-idarəsi” ilə idarə olunur. Əslinə baxsan, belə bir idarəçiliyin varlığına heç də təəccüblənmək lazım deyil. Çünki, bu idarə elə bil birdəfəlik Mirzəbəyov soyadını daşıyanların adına yazılmış bir idarədir. Buna da səbəb, bu söyadı daşıyanların idarədə çoxluq təşkil etmələridir.
Diqqəti bir məqama da yönəldək ki, Mirzəbəyov soyadını daşıyan bu şəxs idarə rəisi olsa da, sən demə o, bu ilin mart ayında Operativ Qərərgahın qərarlarına məhəl qoymur və ölkəmizdə xüsusi karantin qaydalarının tətbiq olunduğu vaxtlarda oğluna təmtəraqlı ad günü keçirir. Atalar demişkən: “Varlığa nə darlıq!” Bu şəxsin fəaliyyəti ilə bağlı apardığımız jurnalist araşdırmaları zamanı o da bəlli oldu ki, 16 saylı Yol İstismar İdarəsinin rəisi, bu idarədə sürücü işləyən “KAMAZ” şoferlərinə ayda əməkhaqqı olaraq 300 manat pul versə də, əlavə 500 manat “şapka” da verir. Hələ bu azmış kimi o, maşınların təmir işlərini həyata keçirən motoristlərə isə, ayda 2000 manat pul verməyi də bacarır. Bütün bunlar da, Əhməd Mirzəbəyovun fəaliyyəti haqda hər kəsdə lazımi şübhələrin əmələ gəlməsinə kifayət qədər əsaslar verir.

Başqa bir məqama da diqqət yetirək ki, ölkəmizdə koronovirus (COVİD-19) infeksiyasının tüğyan etdiyi vaxtlarda kim Əhməd Mirzəbəyova zəng edirdisə, “Mən koronaya yoluxmuşam, işə çıxmıram” deyə cavab versə də, əslində o, həmin vaxtlarda işə çıxırmış. Bu da onu söyləməyə əsas verir ki, 16 saylı Yol İstismar İdarəsinin rəisi kollektiv arasında bilə-bilə korona xəstəliyini yayır və karantin qaydalarını da kobud şəkildə pozur. Bir neçə gün bundan əvvəl əməkdaşımızın Qaxda olması və rayon sakinləri arasında dolaşan başqa bir söz-söhbətləri də eşitməsi, sanki bizdə Əhməd Mirzəbəyova qarşı olan şübhələrimizi beşəbir artırıb. Belə ki, bu şəxsin orda-burda “Mən ayda Saleh Məmmədova “haqq-hesab” çatdırıram” deyərək, geniş ictimaiyyət arasına belə bir informasiyanı ötürməsi, əslində 16 saylı Yol İstismar İdarəsi rəisinin həyata keçirmək istədiyi planın tərkib hissəsidir. Eyni zamanda belə bir addım, “Əməkdar mühəndis” fəxri adını daşıyan Saleh Məmmədovun işgüzar nüfuzua vurulan ən böyük zərbələrdən biridir.

Onu da unutmaq olmaz ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sədrlik edən Saleh Məmmədov hər şeyi lazımi səviyyədə götür-qoy edir və zamanı çatanda müvafiq qərarını da açıqlayır. Təəccüb doğuran hal ondan ibarətdir ki, son vaxtlar bəzi media qurumlarında müəyyən məqalələr yayımlanır ki, guya Əhməd Mirzəbəyov güclü idarəetmə bacarığına malik vəzifə sahibi olduğundan o, indiyə kimi bənzəri olmayan uğurlara imza atıb. Belə bir məqalələrin yayımlanmasına baxmayaraq, Qax sakinləri isə, bu şəxs haqda fərli fikirlər səsləndirirlər və hətta ara-sıra onu “topa tutmaq”dan da ehtiyat etmirlər. Çünki, Qax rayon sakinləri ilə bərabər, Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi kollektiv üzvləri daha dəqiq məlumata malikdirlər ki, bu şəxs idarəçiliyini həyata keçirərkən hansı “müştəbeh oyun qaydalarını” oynayır, büdcə vəsaitlərini və digər əmlakları hansı yollarla “tarmar edir”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Daha ətraflı növbəti günlərdə. Odur ki, bizi izləyin. //nyus.az//
Tarix: 18-06-2021, 15:51
Xəbəri paylaş



Xəbər lenti