Mədəniyət Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğuları) qalibi məlum olub.Valyuta.az Yeniavaz.com-a istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Omsun TK Grup” MMC (VÖEN-170982491) olub.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Omsun TK Grup” MMC-ilə 5 lot üzrə ümumilkdə 72 min 436 manatlıq müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, “Omsun TK Grup” MMC – 18.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tender müsabiqələrilə bağlı dövlət satınalmaları vahid internet portalında elan yerləşdirməyib. Tender müabiqəsinin icrası 23 aprel tarixindən başladığı üçün qalibi olan MMC tender elanından təxminən 3 ay əvvəl yaranıb.
Cəmi 3 əvvəl yaranan və 72 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Aşurlu Elşad Cavanşir oğludur.
Qeyd edək ki, 18.01.2021-ci il tarixlərində “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Aşurlu Elşad Cavanşir oğlunun qanuni təmsilçi olduğu “Gekson-AZ”, “AV-Kom Ltd”, “Ferqon Company” və “Tetlom AZ Qrup” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
“Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Qanuni təmsilçi | Nizamnamə kapitalı | Qeydiyyat tarixi |
"YUFQAN TK" | Abbasqulu Abbaszadə, ev 1/B | QARAYEV SEYMUR VƏLİY | 10 manat | 11.01.2021 |
"FIRE AZLTD" | Abbasqulu Abbaszadə, ev 1/B | QARAYEV SEYMUR VƏLİY | 10 manat | 11.01.2021 |
"ELSON AZ" | Abbasqulu Abbaszadə, ev 1/B | QARAYEV SEYMUR VƏLİY | 10 manat | 11.01.2021 |
"YENI BAKI AZ" | Abbasqulu Abbaszadə, ev 1/B | QARAYEV SEYMUR VƏLİY | 10 manat | 11.01.2021 |
"EGE-NEV TK QRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | QARAYEV SEYMUR VƏLİY | 10 manat | 11.01.2021 |
"MOLINAR GRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR | 10 manat | 11.01.2021 |
"MARSAL TK" | Abbasqulu Abbaszadə, ev 1/B | ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR | 10 manat | 11.01.2021 |
"DELONOR AZ QRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR | 10 manat | 11.01.2021 |
"SEFKOM AZ" | Abbasqulu Abbaszadə, ev 1/B | ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR | 10 manat | 11.01.2021 |
"HÜNƏR AS LTD" | Abbasqulu Abbaszadə, ev 1/B | ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR | 10 manat | 11.01.2021 |
"MUFKAT COMPANY" | Abbasqulu Abbaszadə, ev 1/B | TURABOVA ZEYNƏB HABİL | 10 manat | 11.01.2021 |
"DERMUN GRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | TURABOVA ZEYNƏB HABİL | 10 manat | 11.01.2021 |
"FOKUS SM GRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | TURABOVA ZEYNƏB HABİL | 10 manat | 11.01.2021 |
"AFRODITA TM" | Abbasqulu Abbaszadə, ev 1/B | TURABOVA ZEYNƏB HABİL | 10 manat | 11.01.2021 |
"FEREDOS AZ" | Abbasqulu Abbaszadə, ev 1/B | SƏFƏROV RƏŞAD MURTUZA | 10 manat | 14.01.2021 |
"GEKSON-AZ" | Abbasqulu Abbaszadə, ev 1/B | AŞURLU ELŞAD CAVANŞİR | 10 manat | 18.01.2021 |
"AV-KOM LTD" | Abbasqulu Abbaszadə, ev 1/B | AŞURLU ELŞAD CAVANŞİR | 10 manat | 18.01.2021 |
"FERQON COMPANY" | Abbasqulu Abbaszadə, ev 1/B | AŞURLU ELŞAD CAVANŞİR | 10 manat | 18.01.2021 |
"OMSUN TK GRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | AŞURLU ELŞAD CAVANŞİR | 10 manat | 18.01.2021 |
"TETLOM AZ QRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | AŞURLU ELŞAD CAVANŞİR | 10 manat | 18.01.2021 |
"FAKTORIYA AZ" | Abbasqulu Abbaszadə, ev 1/B | BABAYEV ELŞƏN AZƏR | 10 manat | 25.01.2021 |
"TEQVIM AZ LTD" | Abbasqulu Abbaszadə, ev 1/B | BABAYEV ELŞƏN AZƏR | 10 manat | 25.01.2021 |
"EKO-LINE QRUP" | Abbasqulu Abbaszadə, ev 1/B | BABAYEV ELŞƏN AZƏR | 10 manat | 25.01.2021 |
"DEMLON AZ COMPANY" | Abbasqulu Abbaszadə, ev 1/B | HÜSEYNOV FÜZULİ ADİL | 10 manat | 25.01.2021 |
"FELON ASCOMPANY" | Abbasqulu Abbaszadə, ev 1/B | HÜSEYNOV FÜZULİ ADİL | 10 manat | 25.01.2021 |
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanda qeydiyyatdan keçən daha bir şirkət dünən Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi olub.
“Qaçqınkom” məcburi köçkün ailələrinin köçürülməsi üçün “Mufkat Company” MMC (VÖEN-1702978111) ilə 15 min 540 manatlıq müqavilə bağlayıb.
Tarix: 27-04-2021, 15:38