Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri hansı öhdəliyi götürüb ki, belə "cin atına minib"....




Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri hansı öhdəliyi götürüb ki, belə "cin atına minib"....
"Qida Təhlükəsizliyi Agentliyinin rəhbərinin boynuna nə yükləyiblərsə, "cin atına minib", ucdantutma kafe və restoranları cərimələyir.

COVİD yaxşı bəhanə olub, virusun onsuz da çökdürdüyü qastronomları bir də Qoşqar Təhməzlinin "prinsipiallığı" məhv edir. Az qala hər gün onlarla obyektin (aydın məsələdir ki, arxasında məmurların olmadığı) bəh-bəhlə siyahısı elan olunur. Elan olunmayan paralel siyahıda nə qədər kafe, restoran var, Allah bilir. "
Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır.
Daha sonra Cavanşir Həsənli yazır: "Başa düşürük, Qoşqar əfəndinin Türkiyədəki, Slovakiyadakı, Ukraynadakı biznesləri də pandemiyadan dolayı bir balaca sıxıntı keçirir, Bakıdakı obyektləri ötən aylarda bağlı qalıb. Amma cərimələdiyi obyekt sahiblərinin bir çoxu ötən aylarda bir manat da qazana bilməyib, iflas Qoşqar kimi məmurların yox, məhz onların qapısını döyür.
Qoşqar Təhməzlinin dişləri ancaq arxasız kiçik və orta təbəqənin (o təbəqənin ki, ancaq qabığı qalıb) çörəyinə batır, bircə dəfə də o siyahılarda bir məmura aid obyektin adı keçməyib.
P.S. Sabah şişdə qabırğanın ikisi əskik gələndə bilin ki, Qoşqar müəllim sizin sifarişdən iki tikə çırpışdırıb. Hər sifarişdə mütləq gözə görünməyən "qabırğa"nız olacaq."
Tarix: 19-03-2021, 16:19
Xəbəri paylaş



Xəbər lenti