“Azərsu” mişar daşını hansı şirkətdən alır? – Tender oyunu ilə bağlı daha bir fakt



Azərsu” ASC “Buta İnvestment Group” MMC ilə doldurma materialların və mişar daşların alınması üzrə satınalma müqaviləsi imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilənin maliyyə dəyəri 257 405.2 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Buta İnvestment Group” MMC 17 mart 2016-cı il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ev 12a, mənzil 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Dadaşov Eldar Rəşad Rəşad oğludur.


Açıq mənbələrdə “Buta İnvestment Group” MMC və sahibi barədə hər hansı məlumat yoxdur. Lakin internet resurslarında apardığımız araşdırmalar zamanı aydın olub ki, Eldar Dadaşov bu şirkəti 2013-cü ilinavqust ayında ABŞ-ın Mayami şəhərində təsis edib. Sonrada şirkətin Almaniyanın Frankfurt, Azərbaycanda isə Bakı şəhərində filialları yaradılıb.
Eldar Dadaşov “Azərpoçt” MMC-nin Poçt Xidmətləri Departamentinin müdiri Məmməd Dadaşovun qardaşıdır.
Media Məmməd Dadaşov və Eldar Dadaşov barəsində neqativ materiallarla zəngindir. Maraqlıdır ki, barələrində səsləndirilən iddiaların heç birini cavablandırmayıb.
Məmməd Dadaşovun “Azərpoçt”da vəzifə tutmasının kökündə isə onun qurumun rəhbəri Emin Əfəndiyevlə dostlqu münasibətləri dayanır.
“Azərsu” ASC-nin həyata keçirdiyi dövlət satınalmaları birqayda olaraq şübhəli məqamlarla yadda qalır. Bu satınalma da istisna deyil.
Tarix: 3-03-2021, 09:55
Xəbəri paylaş



Xəbər lenti