Neft ölkələri üçün pis proqnoz: “Tarixdə böyük rəqəm…”


Neft ölkələri üçün pis proqnoz: “Tarixdə böyük rəqəm…”

Cari ildə dünya bazarında neftə olan tələbat azalacaq.

Cebhe.info xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin hesabatında bildirilib.

Agentlik qeyd edib ki, ötən il neftə olan tələbat sutkada 9,3 milyon olduğu halda, bu il orta hesabla 90,6 milyon barel olacaq. Bu isə son onillikdə artan tələbat tempinin aşağı düşməsi deməkdir.

Agentlik bunu “tarixdə böyük rəqəm” adlandırıb.

Xatırladaq ki, koronavirusun yayılması ilə dünya bazarında neftə olan tələbat kəskin azalıb. Bu da qiymətlərin ucuzlaşması ilə müşayət olunub. Hasilatın artması, Rusiya və Səudiyyə Ərəbistanı arasında "qiymət müharibəsi" də tələbatın azalması fonunda qiymətlərə təsir edən amillər olub.

2020-ci ilin birinci rübündə “Brent” markalı neft 65,6 faiz ucuzlaşıb. “WTI” markalı neftin qiyməti bu müddətdə 66.5 faiz ucuzlaşıb. “Brent” markalı neft martın sonund hətta 21 dollara təklif olunub. 12 apreldə OPEK+ ölkələri hasilatı azaltmaq barədə qərara gəliblər. 23 ölkənin birgə rəyi ilə may-iyun aylarında hasilat 9,7 milyon barel azaldılacaq.

Tarix: 15-04-2020, 20:51
Xəbəri paylaş



Xəbər lenti