“Bu lənətə gəlmiş idiot! Məni divara vurmaq istəyir...”



Bu gün Bakıda “Formula-1” sürət yarışlarının final mərhələsi keçirilir.
Virtualaz.org xəbər verir ki, yarışların dünənki mərhələsi pilotlar arasında gərgin mübarizə şəraitində keçib. “Haas-1” komandasının rusiyalı pilotu Nikita Mazepin “Alfa Romeo” komandasının məşhur pilotu, finlandiyalı Kimi Raykkonenin bolidini divara sıxışdırmağa çalışıb.  Həmin epizod barədə heute.at (Avstriya) saytı yazır.
Nikita Mazepin
Kimi Raykkonen öz soyuqqanlılığına görə “Formula-1” yarışlarının “buz adamı” (“İcemann”) kimi tanınır. Lakin ötən gün rusiyalı Nikita Mazepin onun da əsəblərini poza bilib. 41 yaşlı finlandiyalı pilot rusiyalı pilotun onun bolidini sıxışdıraraq qəza vəziyyəti yaratmasından şikayələnib. Onun Nikita Mazepin barəsində dedikləri pit-radiodan eşidilib.
Kimi Raykkonen
Belə ki, “Haas-1” pilotu özü qəzadan son anda yayınıb, onun bolidi sürətlə döngəyə daxil olaraq kəskin tormozlayıb, amma Mazepin bu vaxt arxadan ona yaxınlaşan finlandiyalı pilotu görməyib. “Alfa Romeo” pilotu isə manevr edərək toqquşmadan və bolidi divara çırpmaqdan yayına bilib. “Bu lənətə gəlmiş idiot! O, məni divarla toqquşdurmağa çalışdı”,-qəzəblənmiş Raykkonen rusiyalı pilotun arxasınca deyinib...
Tarix: 6-06-2021, 14:52
Xəbəri paylaş



Xəbər lenti