Fəvvarələr meydanında feministlərin aksiyası: polis onlarla iştirakçını saxlayıb


Bakının mərkəzində Nizami küçəsində feminist fəalların 8 mart Qadınlar günündə aksiya keçirilib.
Sosial şəbəkələrdə bir neçə aksiya təşkilatçısı və iştirakçısının saxlanılması barədə video görüntülər yayılıb.
Polislər Fəvvarələr meydanında onlarla aksiya iştirakçısını saxlayıb, ərazidə olan müxbirlərimiz xəbər verir.
aksiya
Daxili İşlər Nazirliyi isə bəyan edib ki, aksiyaya cəhd zamanı saxlanılan olmayıb.
Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, “qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb”.
Nərmin Şahmarzadə saxlanılıb
Aksiyanın təşkilatçılarından olan Gülnarə Mehdiyeva polis tərəfindən saxlanılarkən “qadın qətlləri siyasidir” şuarı səsləndirib.
Saxlanılanlar polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılıblar.
aksiya
Aksiyanı keçirəcəyi saata az qalmış artıq polis Bakının mərkəzindəki Nizami küçəsində olan insanların oranı tərk etməsini istəyib.
aksiya
Hadisə yerində olan müxbirlərimiz bildirib ki, polislər əraziyə jurnalistlərdən başqa digər şəxslərin gəlməsinə icazə verir.
aksiya
Artıq bir neçə ildir ki, azərbaycanlı feministlər qadın hüquqlarına diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günündə şəhərin mərkəzində aksiya keçirir.
Bu gün keçiriləcək aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti icazə verməsə də, aksiya təşkilatçıları bəyan ediblər ki, onlar bu yürüşü keçirəcəklər.
aksiya
Aksiyanın təşkilatçıları bəyan edib ki, onlar bu yürüşü keçirməklə İstanbul Konvensiyasının qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb edirlər.
Bundan başqa onlar qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını da tələb kimi səsləndiriblər.
BBC News Azərbaycanca
Tarix: 8-03-2021, 22:38
Xəbəri paylaş



Xəbər lenti