Qarabağa muzdlular göndərdiyi deyilən Abxaz həbs edilib


Qarabağa muzdlular göndərdiyi deyilən Abxaz həbs edilib
Axra Avidzba ilə birlikdə daha 5 nəfər tutulub
 
Separatçı Abxaziya rejiminin “rəhbərinin” keçmiş köməkçisi, Abxaz ləqəbli Axra Avidzba Suxumidə həbs olunub. AYNA xəbər verir ki, bu barədə onun vəkili “Exo Qafqaz”a bildirib.
 
Martın 4-də həbs olunan Abxaz qanunsuz silah saxlamaqda ittiham edilir. Qeyd olunub ki, onunla birlikdə daha 5 nəfər həbs edilib. Həyat yoldaşı bildirib ki, həbs olunan şəxslər Donbasda “Rus dünyası uğrunda” vuruşan dostlarıdır.
 
İttihama görə, Avidzba 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər.
 
Qeyd edək ki, Donetskdə vuruşan Abxazın İkinci Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən döyüşmək üçün Qarabağa muzdlular göndərdiyi barədə məlumatlar vardı.
Tarix: 8-03-2021, 21:49
Xəbəri paylaş



Xəbər lenti