Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Tarix: 19-02-2021, 22:35