BİYABIRÇILIQ! Direktor şagirdi təhqir etdi: “Bizə şamtutan lazım deyil…” – VİDEO




Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova online imtahan vaxtı, sinif nümayəndəsi azyaşlı qızı “şamtutan” deyə təhqir edib.
KANALS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Şəfa Nəsibova sosial şəbəkələrdə paylaşım edib.
Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova online imtahan vaxtı, sinif nümayəndəsi azyaşlı qızı “şamtutan” deyə təhqir edib.

Qeyri iş vaxtı olduğundan sözügedən mövzu ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədik.
Bəs görəsən, şagirdlərə, vətəndaşlara daim nümunə olması gözlənilən təhsil əməkdaşının, direktorun şagirdləri təhqir etməsinə qanun nə deyir?
Məsələ ilə bağlı KanalS.az-a danışan tanınmış hüquqşünas Fariz Məmmədov bildirib ki,  “Direktor şagirdi təhqir edibsə, həmin şagirdin valideynləri onu şikayət etmək hüququ var. Valideyn övladının təhqirə, şərəf və ləyaqətinin alçaldılmasına görə Təhsil Nazirliyinə müraciət edə bilər ki, həmin şəxs cəzalandırılsın. Direktora kim ixtiyar verib ki, müəllimi və ya şagirdi təhqir etsin?!
BHK-nın direktoru Nərmin Qaralova
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  Musiqi fakültəsinin dekanı Nərmin Qaralova 2020-ci ildə Bakı Humanitar Kollecinin (BHK) direktoru vəzifəsinə təyin edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
KanalS.az
Tarix: 19-02-2021, 09:10
Xəbəri paylaş



Xəbər lenti