Qarabağdan Ermənistana döyüş sursatı və əsgərlər üçün nəzərdə tutulan konservləri oğurlayıb gətirən iki nəfər saxlanılıb. Bu barədə erməni polisi məlumat yayıb.Bildirilir ki, 47 və 55 yaşlı iki kişi İrəvan-Mehri magistral yolunda saxlanılaraq Exeqnadzora polis bölməsinə aparılıblar.
Avtomobildə axtarış zamanı Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulmuş 1309 pulemyot patronu və 240 qutu "tuşenka" tapılıb.
Ermənilərdən biri patronları və konservləri keçən ilin oktyabrında Qarabağdakı döyüşlər zamanı əldə etdiklərini söyləyib. Onları gizlədib və indi götürməyə qərar verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Tarix: 18-02-2021, 08:36