Şikayətçi bildirir ki, hadisə gecə vaxtı qeydə alınıb
Bakıda vətəndaşa məxsus uşaq bağçası kimi fəaliyyət göstərən mülkiyyətin hasarı ətrafda tikinti işləri aparan “Gloria Palace” MTK tərəfindən dağıdılıb.
AYNA “Baku” TV-yə xəbər verir ki, hadisə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 74 ünvanında qeydə alınıb.
Şikayətçi bildirir ki, hadisə gecə vaxtı qeydə alınıb.
“Gloria Palace” MTK-nın nəzarətçisi bildirib ki, bu pilot layihədi: “Biz burda yaşayan sakinləri köçürüb, mülkiyyətçilərə sahib olduğu sahənin 20 faiz artığını veririk”.