Ukraynada əli baltalı kişi ticarət mərkəzinə girdi və oranı yandırdı



Ukraynanın Nikolayev vilayətində bir kişi ticarət kompleksini yandırıb.
“Xarkov Life” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.
Məlumata görə, Pervomaysk şəhərində əlində bıçaq və balta olan 37 yaşlı kişi “Episentr” ticarət kompleksinə girib. O, birbaşa boya şöbəsinə gedərək, tezalışan mayeləri dağıtmağa başlayıb. Mühafizəçi mane olmaq istəsə də, kişi balta ilə onu vurub.
Bu arada müəssisə alova bürünüb.
Məlumata görə, artıq yanğın söndürülüb, ziyarətçilər və işçilər arasında zərərçəkən olmayıb. Həmin şəxs saxlanılıb.

Tarix: 3-02-2021, 09:45
Xəbəri paylaş



Xəbər lenti