Antifrizi spirtlə səhv salan 11 hərbçi zəhərlənib, 2-nin vəziyyəti ağırdır-ABŞ-da


ABŞ-ın Texas ştatının Fort Bliss şəhərində 11-ci Hava Müdafiə Topçu Briqadasının 11 hərbçisi antifrizdən zəhərlənib.
 
Neqativ.com “Sputnik”ə istinadən xəbər verir ki, hərbçilər sözügedən maddəni spirtlə səhv salıblar. 
 
“CBS News”a görə, hadisə yanvarın 28-də 10 günlük səhra təlimi başa çatdıqdan sonra baş verib.
 
Polkovnik-leytenant Allie Paynenin sözlərinə görə, hərbçilərin hamısı “William Beaumont” Ordu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.
 
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrində səhra təlimləri zamanı spirtli içki qəbul etmək qadağandır. Ordu Komandanlığı hadisənin araşdırılması ilə bağlı göstəriş verib.APA
 
Tarix: 31-01-2021, 09:00
Xəbəri paylaş



Xəbər lenti