“Mayıl Naxçıvanski”ni öldürən şəxs hakim önünə çıxarılıb


Suraxanıda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1989-cu il təvəllüdlü Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Aslan Sadıqov ötən ilin iyul ayında 1979-cu il təvəllüdlü Mail Mustafayevi bıçaqlayaraq qətlə yetirib.
Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.
Tarix: 30-01-2021, 15:56
Xəbəri paylaş



Xəbər lenti