Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bəzi qurumlarda işçilərin əmək haqqından müəyyən vəsaitin zorla tutularaq “Yaşat” Fonduna yönləndirilməsi ilə bağlı iddialara münasibət bildirib. Pravda.az-ın xəbərinə görə, Ü.Mehdiyev bu kimi halları pislədiklərini bildirib.
Agentlik sədri qeyd edib ki, YAŞAT Fondu tərəfindən hansısa qurumlara bununla bağlı göstəriş verilməyib.
Qeyd edək ki, sualı Ülvi Mehdiyevə jurnalist Seymur Kazımov verib.
Tarix: 29-01-2021, 09:20