BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib


BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib
Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb
 
Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır. AYNA-nın “Report”a istinadən xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib.
 
Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.
 
Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır. BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Tarix: 28-01-2021, 21:51
Xəbəri paylaş



Xəbər lenti