13 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilib?



“13 saylı Cəzaçəkmə Müəssisəsində dustaqlardan birinin ölməsi xəbəri doğru deyil”. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Toplum TV”-yə açıqlamasında belə deyib. 
Ağır diabet xəstəsi olan Röyal adlı məhbusun döyüldüyü və sonra da öldüyü xəbərini jurnalist Xədicə İsmayıl özünün “Feysbuk” hesabında paylaşmışdı.
Yanvarın 16-da isə İlkin Rüstəmzadə “Feysbuk”da status yazaraq bildirib ki, həmin cəzaçəkmə müəssisəsindəki dustaqlar Röyalın öldürülməsinə etiraz ediblər, bundan sonra müəssiyə xüsusi təyinatlılar yeridilib və yüzlərlə məhbusa işgəncə verilib.
“Hazırda müəssisədə sərt rejim tətbiq edilib. Ən xırda şeyə görə məhbusları cəzalandırırlar, ailələriylə telefon əlaqəsinə qadağası qoyulub”
– İ.Rüstəmzadə belə yazıb.
M.Sadıqov bu xəbəri də təkzib edib:“Dustaqlara heç bir qadağa qoyulmayıb. Qanunvericilikdə hansı hüquqlar nəzərdə tutulubsa, hamısından istifadə edirlər”.
Toplum.tv
Tarix: 17-01-2021, 08:41
Xəbəri paylaş



Xəbər lenti