Balıq ovlayan dəstə saxlanılıb


Balıq ovlayan dəstə saxlanılıb
9 nəfərdən ibarət dəstə üzvləri istintaqa cəlb edilib
 
Polis əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış nəticəsində 9 nəfərdən ibarət dəstə saxlanılaraq, istintaqa cəlb edilib.
 
Saxlanılan şəxslərdən hər birinin qiyməti 220 manat dəyərində olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-ci (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi qaldırılaraq zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Tarix: 10-01-2021, 12:03
Xəbəri paylaş



Xəbər lenti