Teref.az xəbər verir ki, Gün TV təsisçi və direktor Mehriban Sadıqova sosial şəbəkədə yazır, Xəzər rayonu İB Salahov Elşən ölkədə müharibə getdiyi dönəmdə Vətən müharibəsində iştirak edən və Şəhid olan hərbçimizin evini sökdürdü.
Axı, siz nə demək istəyirsiz ??
Ümumiyyətlə İcra Hakimiyyətləri nəyə lazımdır? Nə qədər pul uğrunda söyülmək olar?? Heçmi utanmırsınız ?
Vətən müharibəmizdə 2 oğlu iştirak etmiş , biri Şəhid ( Mirzəyev Orxan ; Şuşa uğrunda gedən döyüşlərdə) , digəri isə yaralı ( Mirzəyev Kamran )olan hərbçilərimizin atası Mirzəyev Mehman ölkə başçısına müraciət edib. Belə ki, Xəzər rayonu Qala qəsəbəsində torpaq sahəsində Şəhid olmuş Mirzəyev Orxan üçün tikdiyi evi ölkədə müharibə getdiyi zamanda Xəzər rayon İB Salahov Elşən sökdürmüşdür.
Teref.az xəbər verir ki, daha sonra Mehriban xanım yazlr ki, bu olay birinci mərtəbənin tikilişi zamanı da baş vermiş, Salahov 2000 manat aldıqdan sonra tikintiyə yenidən icazə vermişdir.
Evin ikinci mərtəbəsi tikildiyi zaman - Orxan müharibədə iştirak etdiyi vaxtda hər şeydən öndə puldur- devizi ilə İB yenidən evi sökdürüb.
Tarix: 10-01-2021, 09:18