Sumqayıt 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli koronavirusdan vəfat edib. Pravda.az-ın xəbərinə görə, bu barədə həkim Aydın Əliyev məlumat verib.
“Çox təəssüflər olsun ki, bəzi insanların “Xəstəxanaya getmə, getsən öləcəksən” proqnozu düz çıxır. Sumqayıt 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli (keçmiş iş yoldaşım-gözəl insan) KT müayinəsindən keçdi, 10% buzlu şüşə mənzərəsi var idi. Dedim getmə xəstəxanaya, sözümə baxmadı, getdi Saray modul xəstəxanasına, orada ağırlaşdı, getdi Zığ modul xəstəxanasına və orda öldü. Çox təəssüf, çox...” – A.Əliyev bildirib
Tarix: 27-12-2020, 20:46