Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu müəyyən edilib.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib.
Teref.az xəbər veri ki, bu xəbər bütün mediada 11 dekabrda gedib. Saytımıza danışan Ağdaş sakininin verdiyi məlumnata görə bu hardasa sıradan bir hadisə sayıla bilərdi, lakin bu siyahıda adı çəkilən Namik Qənbərov olmasa idi. Mənbənin iddiasına görə Namik Qənbərov Ağdaş DYP-sinin rəisi vəzifəsində işləyir və qanunsuz ov etdiyinə görə 1500 manat cərimə edilib.
ETSN-dən Teref.az-a verilən məlumta görə onlar saxlanılan şəxslərin iş yerləri barədə onlarda məlumat olmur.
Hər halda ümid edirik rəisin özü bu məsələyə aydınlıq gətirər...
İddia ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Tarix: 27-12-2020, 20:43