Bakıda dəhşət: Ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı


Bakıda intihara cəhd hadisəsi baş verib.
 
Pravda.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
 
1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.
 
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.
 
Hadisənin təfərrüatı araşdırılır.Report
Tarix: 21-12-2020, 10:38
Xəbəri paylaş



Xəbər lenti