Zəngəzurda ara qarışdı - Ermənilər Paşinyanı Gorusa buraxmaq istəmir...- VİDEO-CANLI
Qəsbkar Ermənistanın baş naziri N.Paşinyan bu gün Zəngəzurun “Sünik” adlandırılmış vilayətində Azərbaycan Respublikası ilə qanuni sərhədlərin qurulması prosesində ermənilər arasında yaranmış gərgin vəziyyətlə bağlı bölgəyə səfər etməlidir.
Moderator.az xəbər verir ki, erməni mediasının bu dəqiqələrdə yaydığı məlumata görə, erməni hökumət başçısını satqın adlandıran xeyli sakin Sünik vilayətinə girişi kəsərək Paşinyanın Gorus şəhərinə daxil olmasının qarşısını almağa çalışır. Bölgəyə daxilı qoşunların 2 minə yaxın əməkdaşı göndərilib. Gorusdan çıxış yollarını və İrəvan-Gorus yolunu bağlayan polislə sakinlər arasında qarşıdurma və əlbəyaxa dava yaranıb. Səhərə yaxın son günlər erməniləri baş nazirə qarşı mübarizəyə səsləyən Gorus meri Aruşan Aruşanyan həbs edilərək İrəvana aparılıb. Gərginlik davam edir...